Türkiyə və Ermənistan nümayəndələri Qarsda görüşdülər

  • Müəllif: Firuzə
  • 28 Aprel 2026 21:58

Ermənistan və Türkiyə nümayəndələri arasında dəmir yolu əlaqəsinin bərpası məsələsi ilə bağlı işçi qrupunun iclası keçirilib.

Gununsesi.info  xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyi məlumat yayıb.

“Ermənistan-Türkiyə münasibətlərinin normallaşdırılması çərçivəsində əldə edilən razılaşmalara uyğun olaraq Qars şəhərində Gümrü–Qars dəmir yolunun bərpası və istismarı üzrə birgə işçi qrupunun iclası keçirilib”, – deyə nazirlik vurğulayıb.

ABŞ-ın Ermənistandakı səfirliyində isə işçi qrupunun görüşü Cənubi Qafqazda sülh və rifah yolunda tarixi irəliləyiş kimi qiymətləndirilib.

Gununsesi.info