Türkiyədə daha 2 102 nəfərdə COVID-19 aşkarlanıb

  • By admin
  • 22 Oktyabr 2020 20:22

Türkiyədə son 24 saatda 1 599 nəfər koronavirusdan sağalıb.

Gununsesi.info xəbər verir ki, bu barədə məlumatı Türkiyənin Səhiyyə naziri Fahrettin Hoca verib.

Onun sözlərinə görə, eyni dövr ərzində 2 102 nəfərə COVID-19 diaqnozu qoyulub, 71 nəfər ölüb.

Beləliklə, Türkiyədə indiyədək 355 528 nəfərdə koronavirus aşkarlanıb. Onlardan 310 027 nəfər sağalıb, 9 584 nəfər isə vəfat edib.

 

 

Gununsesi.info