Türkiyədə narkotik əməliyyatı: Jurnalist və sosial media fenomeni də saxlanıldılar

  • Müəllif: Ayshan
  • 28 Dekabr 2025 15:54

İstanbul Respublika Baş Prokurorluğu tərəfindən məşhurlara qarşı aparılan genişmiqyaslı narkotik əməliyyatları çərçivəsində daha iki tanınmış sima saxlanılıb.

Gununsesi.info  bu barədə “TGRT Haber” telekanalına istinadən xəbər verir.

Bildirilir ki, bu gün səhər saatlarında keçirilmiş əməliyyat zamanı “HaberTürk” telekanalının keçmiş baş direktoru və jurnalist Veysi Ateş və sosial media fenomeni Taner Çağlı polis tərəfindən saxlanılıblar.

Qeyd edilir ki, sözügedən əməliyyat çərçivəsində bu günə kimi 23 nəfər həbs edilib.

Gununsesi.info