Dünyanın bəzi məşhurlarının “Twitter”i ələ keçirilib

  • By admin
  • 31 Dekabr 2022 09:52

“Twitter” 400 milyon hesab məlumatının oğurlandığı iddia ediləndən sonra nəzarət altına alınıb.

İrlandiya Məlumatların Mühafizəsi Komissiyası (DPC) hakerin 400 milyondan çox hesabdan şəxsi məlumatları oğurladığı iddiasından sonra araşdırmaya başlayıb.

Bu barədə Gununsesi.info BBC-yə istinadən xəbər verir.

“Ryuşi” ləqəbli haker məşhurların bəzi məlumatlarını təhvil vermək və sonra silmək üçün 200 min dollar istəyir.

DPC bildirib ki, “bu təhlükəsizlik məsələsi ilə bağlı o, Twitter-in məlumatların qorunması qanunlarına uyğunluğunu yoxlayacaq”.

Bildirilir ki, oğurlanan məlumatlarda bəziləri məşhurlara və siyasətçilərə məxsus telefon nömrələri və e-poçt ünvanları var. Məlumat oğurluğunun miqyası hələ təsdiqlənməsə də, yalnız kiçik bir “nümunə” ictimaiyyətə açıqlanıb.

“The Guardian” qəzeti məlumatlarını açıqlayan hakerlər arasında ABŞ konqresmeni Aleksandriya Okasio-Kortezin də olduğunu yazıb.

Qeyd olunur ki, məlumatı dərc olunanlar arasında bu yaxınlarda Twitter hesabı sındırılan naşir Piers Morgan da var.

Şirkətdən heç bir açıqlama verilməsə də, sosial media platformasının sahibi İlon Mask Twitter-də kibertəhlükəsizlik üzrə aparıcı müxbirlərdən Brian Krebsin mövzu ilə bağlı verdiyi suala cavab verməyib. Bununla belə, Krebs vurğulayıb ki, məlumat çox güman ki, Mask Twitter-i satın almadan əvvəl oğurlanıb.

Məlumatların pozulması ilk dəfə kibercinayətkarlıq kəşfiyyatı şirkəti Hudson Rock tərəfindən açıqlanıb.

Şirkət pozuntunun miqyasını yoxlaya bilmədiyini etiraf etsə də, Hudson Rock rəsmisi Alon Qal BBC-yə bildirib ki, hakerin iddialarını təsdiqləmək üçün bəzi ipuçları var.

Twitter hələlik məsələ ilə bağlı açıqlama verməyib.

 

Tərcümə:

Afət