“Ukrayna ordusu Xarkovda 30-dan çox yaşayış məntəqəsini azad edib” - ZELENİSKİ AÇIQLADI

  • By admin
  • 10 Sentyabr 2022 09:31

Ukrayna hərbçiləri Xarkov vilayətində 30-dan çox yaşayış məntəqəsini azad ediblər.

Gununsesi.info xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski yeni videomüraciətində bildirib.

O, qeyd edib ki, ordu azad edilmiş yaşayış məntəqələrini nəzarət altına alınıb.

“Ordumuz, kəşfiyyatımız və Ukrayna Təhlükəsizlik Xidməti bir sıra əməliyyat bölgələrində aktiv əməliyyatları davam etdirir. Uğurla davam etdirirlər”, – Prezident bildirib.

“Hazırda Ukrayna Silahlı Qüvvələri Xarkov vilayətində 30-dan çox yaşayış məntəqəsini azad edib və nəzarətə götürüb”, – dövlət başçısı əlavə edib.

Gununsesi.info