Vətən müharibəsi qazisi vəfat etdi - FOTO

  • By admin
  • 15 Noyabr 2021 14:09

44 günlük Vətən müharibəsinin qazisi İslam Əlizadə bu gün səhər saatlarında dünyasını dəyişib.

Bu barədə Gununsesi.info-ya Vətən Müharibəsi Əlillərinə Kömək İctimai Birliyindən məlumat verilib.

Bildirilib ki, qazi gecə yatıb, səhər yuxudan ayılmayıb. Onun ürəktutmasından vəfat etdiyi güman olunur.

İslam Əlizadə 44 günlük Vətən müharibəsində ayağından yaralanmış və müalicə olunmuşdu.

Allah rəhmət eləsin!