Serbiya Prezidenti Azərbaycana təşəkkürünü bildirib

  • By Günel
  • 12 Yanvar 2025 16:43

“Azərbaycandan olan qardaşlarımız və dostlarımız indicə mənə bildirdilər ki, fors-major halların yaratdığı obyektiv problemlərə baxmayaraq, Serbiyaya qaz nəqli dayandırılmayacaq”.

Gununsesi.info xəbər verir ki, bunu Serbiya Prezidenti Aleksandar Vuçiç X sosial platformasında yazıb.

Azərbaycana və Preziden İlham Əliyevə sonsuz təşəkkürlərimi bildirirəm, onu çox yaxın zamanda Belqradda qarşılayacağımı səbirsizliklə gözləyirəm.