Vyetnamda Nüsrəti yamsılayan satıcı “dövlət əleyhdarlığı” ittihamı ilə həbs edildi

  • By admin
  • 26 May 2023 09:49

Vyetnamda tanınmış Nusr-Et restoran şəbəkələrinin sahibi Nusret Gökçenin duz tökmə bacarıqlarını yamsılayan bir əriştə satıcısı həbs edilib.

Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, Peter Lam Bui “dövlət əleyhdarlığı” ittihamı ilə 5,5 il müddətinə azadlıqdan məhrum edilib.

Vyetnamın İctimai Təhlükəsizlik Naziri To Lam Londondakı Nusr-Et restoranında 1000 sterlinqdən bajalı “steyk” tikəsi yeyərkən bunu görüntüləyən satıcı diqqətləri öz üzərinə çəkmişdi.

Ölkəsində QHT və ictimai birlikləri, müxalifəti sındırmaqla ittiham edilən Lamın xalqı yoxsulluqla mübarizə apararkən belə bahalı bir yemək yeməsi qınaqlara səbəb olmuşdu.

Lam, həm də ölkəni yönəldən 16 nəfərlik “Polit Büro”nun üzvüdür.

Videonun yayımlarkən Bui “Duz Dadlısı” ləqəbinə göndərmə edərək özünü “Təzə Soğan Dadlısı” elan etmişdi. Bui şorbasına Nusretin barmaqlarının ucundan dirsəyinə doğru duz səpələməsinə bənzər bir tərzdə ədviyyat səpmişdi.

Videonun yayımlanmasından günlər sonra Buinin evinə polis basqını edilib. Nəzarət altına alınan Buiyə “Sosialist Vyetnam Respublikasına” qarşı çıxma məqsədli material yaratmaq” ittihamı irəli sürülüb.

Tərcümə: Arzu Sayadoğlu

Gununsesi.info