Xəzər Universiteti dünyanın ən yaxşı universitetləri arasında

  • By admin
  • 29 Aprel 2022 21:05

2022-ci il aprelin 27-də dünyanın ən nüfuzlu reytinqtəşkilatlarından biri olan “Times Higher Education” (THE) 2022-ci il üçün BMT-ninDayanıqlı İnkişafMəqsədləri”nə əsaslanan, sosial iqtisadi töhfələrinəgörə fərqlənən ən yaxşı dünya universitetlərinimüəyyənləşdirərək “THE University Impact Rankings 2022” reytinq cədvəlini açıqlayıb. Reytinqin 4-cü nəşrinə 106 ölkədən 1406 universitet daxil edilmişdir.

Xəzər Universiteti Azərbaycandan bütün sahələr üzrəən yüksək nəticə göstərərək reytinq cədvəlində 601-800 aralığında qərarlaşıb.

Xəzər Universiteti Təhsilin keyfiyyəti üzrə 201-300 aralığında yer tutaraq, təhsil sahəsindəki öz keyfiyyətgöstəricisini bir daha təsdiqləyib. Beləliklə, XəzərUniversiteti sahələrin 1-i üzrə 101-200-cü yerdə, 2-si üzrə 201-300-cü yerdə, 4-ü üzrə 301-400-cü yerdə, 1-i üzrə 401+ yerdə, 3-ü üzrə 601-800-cü yerdə, 7-i üzrəisə 401-600-cü yerdə qərarlaşmışdır.

Reytinqlə tanışlıq üçün bu linkdən istifadə etmək olar:

https://www.timeshighereducation.com/rankings/impact/2022/overall#!/page/0/length/25/
sort_by/rank/sort_order/asc/cols/undefined