Xamneyinin qardaşı qızından ÇAĞIRIŞ

  • By admin
  • 27 Noyabr 2022 20:50

İranın ali dini lideri Ayətullah Əli Xameneyinin qardaşı qızı, tanınmış hüquq müdafiəçisi Fəridə Muradxani sosial şəbəkə hesabında dünya ölkələrinə müraciət edib.

Gununsesi.info xəbər verir ki, onun müraciəti sosial şəbəkələrdə və medialarda geniş yayılıb və ciddi müzakirələrə səbəb olub.

O, dünya ölkələrini Tehranla bütün əlaqələri kəsməyə çağırıb.

“Ey azad insanlar, bizimlə olun və hökumətlərinizə deyin ki, bu qatil və uşaq öldürən rejimə dəstəyi dayandırsınlar. Bu rejim heç bir dini prinsipinə sadiq deyil və gücdən və hakimiyyəti saxlamaqdan başqa heç bir qayda tanımır”, – Muradxani bildirib.

İki aydan çox davam edən aksiyalarda 63-ü azyaşlı olmaqla 450 etirazçı öldürülüb. Bildirilib ki, təhlükəsizlik qüvvələrinin 60 əməkdaşı öldürülüb, 18 173 etirazçı saxlanılıb.

Gununsesi.info