Xarkovdan 250 azərbaycanlı təxliyə olunur

  • By admin
  • 01 Mart 2022 10:20

Bu gün Ukraynanın Xarkov şəhərindən azərbaycanlıların təxliyə olunması gözlənilir. Bu dəfə 250 nəfərə yaxın soydaşımızın şəhərdən çıxarılması nəzərdə tutulub.

Gununsesi.info xəbər verir ki, proses Azərbaycanın Xarkovdakı fəxri konsulluğunun təşkilatçılığı ilə baş tutacaq.

Son 3 gündə 400 nəfərə yaxın azərbaycanlı təxliyə olunub. Təxliyə olunanlar əvvəlcə Ukraynanın Lvov şəhərinə, daha sonra Polşaya aparılır.

Gununsesi.info