YAP 2 min üzvünü partiyadan xaric edib - HAKİM PARTİYANIN CİNAYƏT TÖRƏDƏN ÜZVLƏRİNİN SAYI/ ÖZƏL

  • Müəllif: admin
  • 24 Fevral 2026 15:14

Yeni Azərbaycan Partiyası 2 mindən artıq üzvü partiya sıralarından xaric edib.

Bu barədə Gununsesi.info YAP-ın Mərkəzi Aparatından əldə etdiyi özəl məlumatda istinadən xəbər verir.

Məlumata görə, bu qərara səbəb həmin şəxslərin üzvlük haqqını ödəməməsi olub.

Belə ki, xəbərdarlıqlara baxmayaraq, həmin şəxslər son 1 ili  üzvlük haqqını ödəməkdən yayınıb.

Buna görə də partiya rəhbərliyi belə bir qərar qəbul etmək məcburiyyətində qalıb.

Bundan başqa, YAP-ın cinayət məsuliyyətinə cəlb olunan şəxslərinin də sayı bəlli olub.

Məlumata görə, hakim partiyanın üzvü olan 174 nəfər cinayət məsuliyyətinə cəlb olunub.

Onlardan 157 nəfəri barəsində həbs qərarı verilib.

Afət 

Gununsesi.info