Yaponiya 1945-ci ildə Xirosima və Naqasakiyə atılan atom bombalarına görə ABŞ-dan üzr istəməyi tələb etməyəcək, çünki ölkə bir çox sahələrdə Vaşinqtondan asılıdır və Amerika nüvə çətiri altındadır.
Gununsesi.info xəbər verir ki, bunu Ritsumeikan Universitetinin professoru Masato Kamikubo deyib.
“Yaponiya hökumətinin ABŞ-dan Xirosima və Naqasakiyə görə üzr istəməməsinin bir sıra səbəbləri var. Tokio İkinci Dünya Müharibəsi başa çatdıqdan sonra Vaşinqtonun nəzarəti altındadır. Xüsusilə, ölkə Amerikanın nüvə çətiri ilə qorunur”, -deyə ekspert qeyd edib.
Kamikubonun sözlərinə görə, Yaponiya ABŞ-ı atom bombalarına görə açıq şəkildə tənqid edə bilməz, çünki o, “təhlükəsizlik baxımından Vaşinqtondan asılıdır”.
Avqustun 7-də ABŞ-ın Yaponiyadakı səfiri Rahm Emanuel 1945-ci il avqustun 9-da Naqasakinin nüvə bombalanmasının ildönümü ilə bağlı keçirilən anım mərasimində iştirak etməkdən imtina edib.
Qeyd olunur ki, Naqasaki şəhər administrasiyası İsraili mərasimə dəvət etməkdən imtina etdiyi üçün Amerika nümayəndə heyəti tədbirdə iştirak edə bilməyib.
Günay
Gununsesi.info