Hadisə zamanı heyət üzvlərindən bir dənizçi həlak olub, daha bir nəfər isə yaralanıb.
Gununsesi.info -ya danışan hərbi eskpert Ədalət Verdiyev qeyd edib ki, Xəzər dənizində Rusiyaya silah və hərbi avadanlıq daşıyan İran gəmisinin Ukrayna tərəfindən vurulması, istənilən prizmadan tamamilə doğru addımdır:

“Bu zərbəyə görə İran rəsmiləri tərəfindən Ukraynaya qarşı vərilən bəyanat isə heç bir əhəmiyyət daşımır. Kobud şəkildə desək, İranın Ukraynaya qarşı son bəyanatı boşboğazlıqdan başqa bir şey deyil.
Çünki, İran artıq bir neçə ildir ki, Ukrayna cəbhəsində Şimali Koreya ilə birlikdə Rusiyanı tam muqyasda silah və avadanlıq ilə dəstəkləyir.
Odur ki, Ukrayna işğalı dəstəkləyən istənilən addımların, o cümlədən özünü qoruya bilməyən İranın xain addımlarının qarşısını almaqda davam edəcək”.
Şəbnəm












