Yasamalda qanvermə aksiyası keçirilib

Ölkəmizdə geniş qeyd edilən “Heydər Əliyev ili” çərivəsində paytaxtın Yasamal rayonunda müxtəlif tədbir və aksiyalar davam edir.

Gununsesi.info xəbər verir ki, bununla əlaqədar bu gün Yasamal Rayon İcra Hakimiyyətinin inzibati binasında qanvermə aksiyası keçirilib.

Aksiya talassemiyadan əziyyət çəkən uşaqlara qayğı məqsədilə təşkil olunub. Yasamal Rayon İcra Hakimiyyəti Aparatının kollektivi, YAP Yasamal rayon təşkilatının, Yasamal Bələdiyyəsinin, Mənzil Kommunal Təsərrüfatı Birliyinin, eləcə də  rayonda fəaliyyət göstərən təhsil və səhiyyə ocaqlarının əməkdaşları bu xeyirxah aksiyada yüksək həvəslə və fəal iştirak ediblər.

Milli Hematologiya və Transfuziologiya Mərkəzinin həkim-hematoloqları tərəfindən hər bir donorun sağlamlığı öncədən müəyyən olunub, hərtərəfli tibbi müayinədən sonra onlardan qan götürülüb.

Qanvermə zamanı donorların və tibb işçilərinin təhlükəsizliyini təmin etmək üçün bütün zəruri təhlükəsizlik tədbirləri həyata keçirilib. Yığılan qan ehtiyatı yoxlanılaraq talassemiya, hemofiliya və digər qan xəstəliklərindən əziyyət çəkən uşaqlar üçün istifadə olunacaq.

Bu günki qanvermə kampaniyası Yasamal rayonunda keçirilən  ilk aksiya deyil. Belə ki, son illər ərzində Yasamal Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə rayonda mütəşəkkil qaydada qanvermə aksiyaları təşkil olunur.

 

 

 

Gununsesi.info