Yaxınlarda qurultay gözlənilmir - Mehbalıyevin yola salınması xəbərinə Həmkarlar İttifaqları Konfederasiyasından reaksiya

  • By admin
  • 19 Aprel 2022 20:28

 

“Bəzi xəbər saytlarında Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında (AHİK) Qurultayın keçirilməsi ilə bağlı məlumatlar dərc olunub. Həmin məlumatlar tamamilə əsasız və həqiqətdən uzaqdır”.

Bu barədə  Gununsesi.info-nun elektron poçtuna AHİK-in Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən göndərilən məlumatda deyilir.

Qeyd edək ki, saytımızda adıçəkilən qurumdakı mənbəyə istinadən “Səttar Mehbalıyev yola salınır” başlıqlı xəbər dərc edilib.

 

Açıqlamada bildirilir ki, AHİK-də seçkilərin keçirilməsi nizamnaməyə uyğun olaraq, 2025-ci ilin fevral ayında nəzərdə tutulub.

BUNA DA BAX:

Səttar Mehbalıyev yola salınır

Gununsesi.info