Son zamanlar yeni avtomobil alan, yaxud da avtomobilinin nömrəsini dıyişdirən şəxslər nömrə
nişanlarında çip olmadığını deyir.
Yeni nömrələrin fotosunu paylaşan sürücülər buna dair suallara cavab axtarır.
Əsas sual isə bundan ibarətdir ki, yeni nömrələrdə çip yoxdursa, bəs avtomobilin məlumatları mərkəzi sistemə necə ötürülür?
Məsələ ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Rövşən Tağıyev Gununsesi.info -ya açıqlama verib:
“Bəli yeni nömrə nişanlarında çip yoxdur, bundan əvvəl çip olanların isə dəyişdirilməsinə ehtiyac yoxdur.
Çiplər vaxtilə nəqliyyat vasitələrinə dair məlumatların elektron ötürülməsi və identifikasiyası üçün nəzərdə tutulsa da, Mərkəzi İnformasiya Sisteminin yenilənməsi və müasir radar, kamera, nömrə tanıma texnologiyalarının tətbiqi nəticəsində bu funksiyaya artıq ehtiyac qalmayıb.
Hazırda təqdim edilən dövlət qeydiyyat nişanları bütün texniki və təhlükəsizlik standartlarına cavab verir.
Kimdə çipli nömrə nişanı varsa, onun dəyişdirilməsinə qətiyyən ehtiyac yoxdur və bununla bağlı hər hansı bir tələb də yoxdur”.
Elmar













