“YouTube”da süni intellekt əsaslı yeni funksiya istifadəyə verilib.
Yeni funksiyanın əsas üstünlüyü ondan ibarətdir ki, istifadəçilər artıq sadəcə açar sözlərlə deyil, birbaşa suallar verərək lazım olan məzmunu tapa bilirlər. Sistem isə cavab olaraq həm izahlı mətn təqdim edir, həm də uyğun videoları seçərək göstərir. Bundan əlavə, istifadəçi əlavə suallar verərək nəticələri daha da dəqiqləşdirə bilir.
Məlumata görə, funksiya hazırda ABŞ-də “YouTube Labs” proqramı çərçivəsində yalnız premium istifadəçilər üçün aktivdir və məhdud müddət ərzində sınaqdan keçirilir. İstifadəçilər bu aləti aktivləşdirdikdən sonra platformada ayrıca “Ask YouTube” bölməsi vasitəsilə istifadə edə bilirlər.
Qeyd edək ki, bu addım platformada axtarış təcrübəsini daha “ağıllı” və fərdiləşdirilmiş hala gətirməyə yönəlib.












