Zəlzələ Türkiyə iqtisadiyyatına ciddi zərbə vuracaq

  • By admin
  • 06 Fevral 2023 23:43

Hələ ilkin informasiyalardan görünür ki, Türkiyədə öldürücü zəlzələnin dağıdıcı gücü və miqyası böyükdür, bu gedişlə yekun məlumatlar daha dəhşətli mənzərə yaradacaq, bu dəhşətlərin mənəvi-psixoloji tərəflərini yaşamaq, iqtisadi zərər və sosial itkilərini aradan qaldırmaq tez bir zamanda mümkün olmayacaq”.

Bunu Gununsesi.info-ya açıqlamasında iqtisadçı ekspert Qubad İbadoğlu deyib.

Onun sözlərinə gör,Bə bundan əlavə zəlzələ dövlətin qeyri-kommersiya xarakterli, sosial xərcləmələrini və son nəticədə büdcə kəsirini artıracaq:

Həmçinin,  türk lirəsinin məzənnəsinin dəyərsizləşməsinə və istehlak bazarında qiymətlərin bahalaşmasına gətirib çıxaracaq. Sosial və siyasi gərginliyi artıracaq, bütün bunlar qarşıdakı prezident seçkilərində iqtidarın nüfuzuna da təsirsiz ötüşməyəcək”.

Afət Abbasova

Gununsesi.info