Zibil tullantılarından təyyarə hazırladılar /  VİDEO

  • By admin
  • 06 Fevral 2023 23:53

Türkiyədə Milli Aviasiya Universitetində oxuyan tələbələr maraqlı proyekt hazırlayıblar.

Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, tələbələr plastiklərdən, kağız və metal tullantılarından olan materialları bir araya gətirərək təyyarə düzəldiblər. Məqsədləri təbiətə qarşı fərqindəliyi artırmaq olan tələbələr bu addımları ilə mətbuatın gündəminə oturublar.

Universitet tələbələri dizayn etdikləri bu qurğu ilə gündəlik tullantılarımızdan yeni növ məhsullar icad edilə biləcəyini isbat ediblər.

Qaynaqlara qənaət etməyə diqqət çəkən tələbələr təyyarənin makina motoru ilə işilərini tamamlayıblar. Sektorda fərq yaradacaqlarını düşünən iştirakçılar bununla həm də uçuş sahəsindəki rəqabətdə yenilikçi addımlarla çıxış ediblər.

“Zibil Təyyarəni” bütov komanda işi ilə ərsəyə gətirən tələbələr yeni ideyaları ilə insanların maraqlarına səbəb olublar

 

Tərcümə: Arzu Sayadoğlu

Gununsesi.info