Britaniya səfiri hüquq müdafiəçiləri ilə görüşüb

  • By admin
  • 07 Fevral 2023 00:01

 

Böyük Britaniyanın Azərbaycandakı səfiri cənab Fergus Aultun Azərbaycanın bir qrup hüquq müdafiəçisi ilə görüşüb.

Bu barədə Gununsesi.info-ya açıqlamasında verən Demokratiya Monitorinqinin rəhbəri Fuad Həsənov bildirib ki, görüşdə  ölkədəki insan haqlarının cari durumu müzakirə olunub:

“Bu məsələ geniş planda ətraflı müzakirə olundu. Vətəndaş və dövlət naminə durumun müsbətə doğru dəyişməsi üçün təcili və davamlı çıxış yolları arandı”.

 

MAİS

GUNUNSESİ.İNFO