“Zabit Səmədov”un tələbəsi bir ayda iki qızıl medal qazandı -Fotolar

  • By admin
  • 11 Aprel 2021 17:50

Türkiyənin Antalya şəhərində keçirilən WAKO Avropa Kuboku statuslu “Turkish Open” beynəlxalq turnirində kikboksinq millimiz üç medal qazanıb.

Gununsesi.info  xəbər verir ki, dörd idmançı ilə turnirə qatılan komandamız iki qızıl və bir gümüş medal əldə edib.

Mükafat qazanan idmançılarımızın hərəsi üç görüş keçirərək finala yüksəlib. Final görüşünün nəticələrinə əsasən, gənclər arasında yarışan Akif Quluzadə 54 kq çəki dərəcəsində və Qəşəm Məmmədov 63,5 kq-da qızıl medal qazanıb.

Anar Məmmədov isə 57 kq çəki dərəcəsində (böyüklər) gümüş medalla kifayətlənib.

Qeyd edək ki, Akif Quluzadə “Zabit Səmədov” döyüş klubunun nümayəndəsidir. O, aprelin 2-də İstanbulda keçirilən peşəkar turnirdə də şəxsi məşqçisi Ələsgər Soltanovla iştirak etmiş və gənclər arasında K-1 döyüşün qalibi olmuşdu.

Gununsesi.info