Zakir Həsənov Gürcüstanın Müstəqillik Günü münasibətilə keçirilən paradda iştirak edir -YENİLƏNDİ

  • By admin
  • 26 May 2023 19:08

Gürcüstanda səfərdə olan Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov bu ölkənin Müstəqillik Günü münasibətilə keçirilən hərbi parad və hərbi qulluqçuların andiçmə mərasimində fəxri qonaq qismində iştirak edib.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Sonra müdafiə naziri Tbilisidəki Heydər Əliyev parkına gəlib, burada Ulu Öndərin abidəsini ziyarət edib, önünə əklil qoyaraq xatirəsini hörmət və ehtiramla anıb.

Qeyd edək ki, Gürcüstanın Müstəqillik Günü münasibətilə keçirilən tədbirdə iştirak edən Milli Müdafiə Universitetinin Heydər Əliyev adına Hərbi İnstitutunun Hərbi Orkestri konsert proqramı ilə çıxış edib.

11:29

Müdafiə naziri general-polkovnik Zakir Həsənov Gürcüstanın paytaxtı Tbilisidə səfərdədir.

Gununsesi.info xəbər verir ki, nazir Gürcüstanın Müstəqillik Günü münasibətilə Tbilisidə keçirilən paradda iştirak edir.

Paradda Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin Hərbi Orkestri də çıxış edəcək.

Gununsesi.info