Zaxarova YouTube-u ABŞ jurnalistləri ilə şantaj edir

  • By admin
  • 28 May 2022 07:52

Zaxarova xəbərdarlıq edib ki, YouTube saytı bundan sonra da nazirliyin hər hansı brifinqini bloklasa hər bir bloklamaya görə ABŞ-ın bir jurnalisti Rusiyadan deport ediləcək

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova xəbərdarlıq edib ki, YouTube saytı bundan sonra da nazirliyin hər hansı brifinqini bloklasa hər bir bloklamaya görə ABŞ-ın bir jurnalisti Rusiyadan deport ediləcək.

Zaxarova mayın 26-da “İnternet platformalarının Rusiyanın Qərblə qarşıdurmasındakı rolu” mövzusuna həsr olunmuş dəyirmi masa müzakirəsində deyib ki, onun keçirdiyi bir neçə brifinq YouTube tərəfindən bloklanıb:

“Biz bundan sonra nə etdik? Biz sadəcə olaraq dedik: “Siz bizim daha bir brifinqimizi də bloklasanız Amerikanın hər hansı bir jurnalisti və ya media qurumu evinə göndəriləcək. Vəssəlam…Daha bir brifinq bloklansa, biz evinə qayıtmalı olan bir jurnalistin və ya media qurumunun adını elan edəcəyik”.

Zaxarova onun hansı brifinqlərinin və konkret olaraq nə vaxt bloklandığını bildirməyib.

Bu Zaxarovanın son iki gündə xarici jurnalistlərə ikinci təhdididir.

Bundan bir gün əvvəl o jurnalistrlərə demişdi ki, Moskva ingilisdilli medianın Rusiya mediasına qarşı “dost olmayan hərəkətlərini” ilə bağı tədbirlər hazırlayır.

O bu dəfə də söhbətin hansı tədbirlərdən getdiyini deməmişdi.

Rusiyanın Ukraynaya əsassız və səbəbsiz hücumu başlanandan bəri Avropa İttifaqı Rusiya dövlət mediasının flaqmanı RT də daxil bir sıra Rusiya dövlət medialarının yayımını dayandırıb.

Avropa bu yayımçıları qərəzlilikdə ittiham edir.