Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ-yə rəsmi səfər etməyə hazırlaşır.
Gununsesi.info xəbər verir ki, bu haqda Ali Radanın üzvü Yaroslav Jeleznyak mənbələrə istinadən teleqramda məlumat verib.
“Bu həftə Prezident və onun komandası ABŞ-yə səfər edəcək. Orada sülhlə bağlı görüş nəzərdə tutulub. Danışıqlardan sonra ABŞ Prezidenti Donald Tramp ilə görüş baş tuta bilər”, – deyə deputat yazıb.











