Zelenski etiraf etdi ki, Ukrayna hava hücumundan müdafiə qüvvələri “zəif nəticələr” nümayiş etdirir

  • By Admin2
  • 06 İyul 2026 14:13

Ukrayna lideri Vladimir Zelenski ölkənin hava hücumundan müdafiə qüvvələrinin “zəif nəticələri” barədə məlumat verib.

Gununsesi.info xəbər verir ki, dövlət başçısı vəziyyətlə bağlı Telegram kanalında şərh verib.

“Səbəb tutucu raketlərin kifayət qədər təchizatının olmamasıdır. Hələlik Patriot sistemləri üçün raketlər müttəfiq anbarlarında qalır”, – deyə siyasətçi yazıb.

Bu fonda o, ABŞ və Avropa ölkələrinin qarşıdan gələn NATO sammitindən sonra Ukrayna səmasının qorunması ilə bağlı “sərt qərarlar” qəbul edəcəyinə ümid etdiyini bildirdi . Zelenskinin sözlərinə görə, kollektiv Qərbin belə bir qərar vermək üçün kifayət qədər resursları var.

Maqsud

Gununsesi.info