Zelenski sabah Almaniyaya gedir 

  • By admin
  • 13 May 2023 19:00

Ukrayna Prezidenti Volodimir Zelenski sabah, mayın 14-də Almaniyaya səfər edəcək.

Gununsesi.info xəbər verir ki, bu barədə “Bild” qəzeti məlumat yayıb.

Rusiya-Ukrayna müharibəsi başlayandan bəri Almaniyaya ilk səfəri zamanı onun bir sıra rəsmilərlə görüşü gözlənilir.

Almaniya hökuməti məlumatı təsdiqləsə də, səfərin proqramı açıqlanmayıb.

Qeyd edək ki, Zelenski bu gün İtaliyaya gedib.

Gununsesi.info