Zelenskinin müsahibəsi zamanı işıqlar söndü - VİDEO

  • Müəllif: Firuzə
  • 11 Noyabr 2025 13:44

Ukrayna Prezidenti Volodimir Zelenski ilə Britaniyanın “The Guardian” nəşrinin jurnalisti Lyuk Hardinq arasında müsahibə zamanı elektrik enerjisi kəsilib.

Gununsesi.info   xəbər verir ki, müsahibə Kiyevdəki Mariinski sarayında keçirilib.

“Belə… Bu, həyatdır”, – deyə Ukrayna lideri şərh edib.

Jurnalist elektrik kəsilməsi səbəbindən müsahibəni sinxron tərcümə olmadan davam etdirməyi təklif edib, Zelenski bununla razılaşıb. Qısa müddətdə elektrik enerjisi bərpa olunub.

Gununsesi.info