Zelenskinin Müstəqillik Günü geyindiyi köynək gündəm oldu - FOTO

  • By admin
  • 25 Avqust 2022 09:13

Ukrayna Prezidenti Volodimir Zelenskinin ölkənin Müstəqillik Günündə geyindiyi köynək gündəm olub.

Gununsesi.info xəbər verir ki, prezidentin geyindiyi “vişivanka” adlanan ənənəvi Ukrayna köynəyində tank və zirehli texnikanın işləmələri əks olunub. Bu, sosial mediada diqqət çəkib.

Köynənin yuxarı hissəsindəki tikmədə kişi və qadın fiquru əks olunub. Ortada Ukrayna istehsalı olan BTR-3E1 tipli zirehli maşın, ən aşağıda isə tank təsvir olunub.

Gununsesi.info