Əfqanıstanda poliomielit xəstəliyinə qarşı mübarizə aparan üç qadın öldürülüb

  • By admin
  • 30 Mart 2021 21:39

Əfqanıstanda poliomielit xəstəliyinə qarşı mübarizə aparan üç qadın naməlum şəxslər tərəfindən qətlə yetirilib. Əfqanıstan və qonşu Pakistan uşaqlarda şikəstliyə səbəb olan bu xəstəliyin dünyada hələ də yayıldığı iki ölkədir.

Rəsmilər çərşənbə axşamı baş verən qətllərin münaqişə bölgəsində bu il üçün ölkənin 34 vilayətindən 32-də 5 yaşadək bir milyona yaxın uşağa edilməsi nəzərdə tutulan immunizasiya kampaniyasının ikinci gününə təsadüf etdiyini bildirib.

Rəsmilərin dediyinə görə, öldürülən qadınlar ölkənin şərqində Nangarhar vilayətinin paytaxtı Cəlalabad yaxınlığında uşaqlara poliomielit qarşı damcılar verirdi.

Qətllərə görə məsuliyyəti öz üzərinə götürən olmayıb.

Əfqanıstanda 2020-ci ildə 56 poliomielit halının qeydə alınıb, bu il isə rəsmilər təxminən 20 yeni halın aşkar edildiyini bildirib.

Talibanın döyüşləri davam etdirməsi və qrupun nəzarətində olan ərazilərdə qapı-qapı peyvəndləmənin qadağan edilməsi ölkədə polio virusunun qarşısının alınması səylərinə mane törədir.

Əfqanıstan Səhiyyə Nazirliyi son üç ildə təxminən üç milyon uşağın poliomielitə qarşı peyvənddən məhrum edildiyini təxmin edir.

Koronavirusa yoluxmalarda ciddi artımın müşahidə edildiyi Pakistanda da bazar ertəsindən başlayaraq, ölkə boyunca qapı-qapı uşaqlara poliomielit əleyhinə peyvəndin verilməsinə başlanılıb.

Pakistanın Baş nazirinin milli səhiyyə xidmətləri üzrə xüsusi köməkçisi Feysəl Sultan deyib ki, poliomielit immunizasiyası Pakistanın 156 bölgəsində 5 yaşdan kiçik 40 milyondan çox uşağın vaksinasiya olunmasını hədəf alır.