Əfv Komissiyasının iclasında 150-dən çox müraciətə baxılıb

  • By admin
  • 24 Fevral 2021 20:01

Bu gün Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının növbəti iclası keçirilib.

İclasda əfvlə bağlı 150-dən çox müraciətə baxılıb.

Bununla da komissiyada baxılan müraciətlərin sayı 350-ni ötüb.

Qeyd edək ki, indiyədək əfv komissiyasının iki iclasında 200-dən çox müraciətə baxılmışdı.

Gununsesi.info