Ərdoğan lirənin ucuzlaşmasında xarici qüvvələri günahlandırdı – FOTO

  • By admin
  • 26 Noyabr 2021 20:36

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan lirənin ucuzlaşmasında xarici qüvvələri günahlandıraraq, uçot dərəcəsinin aşağı salınmasına davam ediləcəyini bildirib.

İzmirdə bir sıra açılışı mərasimlərinə qatılan dövlət başçısı hökumətin öz iqtisadi proqramından imina etməyəcəyini bəyan edib.

“Bu dərəcə düşəcək! Biz öz xalqımızın, fermerlərimizin yüksək faizlə əzilməsinə imkan verməyəcəyik. Xarici qüvvələr var, bizə hücum edirlər. Amma nə etsələr də, iqtisadi proqramımızdan vaz keçməyəcəyik”, – deyə Ərdoğan İzmirdə çıxış edərkən vurğulayıb.

Prezidentin çıxışı onun rəsmi “Twitter” səhifəsindən yayımlanıb.

Qeyd edək ki, Türkiyə valyutası təkcə cari il ərzində 40%-dən çox ucuzlaşıb.

Gununsesi.info