Türkmənistan Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda qeyd olunub ki, Xəzər dənizində gəmilərə qarşı hücumlar yolverilməzdir.
“Türkmənistan Xəzəryanı dövlət və BMT tərəfindən tanınmış daimi neytral statusa malik ölkə kimi vurğulayır ki, Xəzər sülh, razılıq və mehriban qonşuluq dənizidir”, – deyə XİN-in bəyanatında bildirilib.
Gununsesi.info bildirir ki, politoloq Elxan Şahinoğlu məsələyə münasibət bildirib.
“Təəssüf ki, reallıq fərqlidir, Xəzərə sahil dövlətləri olan Azərbaycan, Qazaxıstan və Türkmənistanın istəyindən asılı olmayaraq Rusiya-Ukrayna və ABŞ-İran müharibələri davam etdikcə Xəzər dənizi hövzəsi də müharibə zonası sayılacaq. Çünki, sahil dövlətlərinin illər öncə Xəzərlə bağlı əldə etdikləri razılaşmanın ziddinə olaraq olaraq Rusiya dəniz hövzəsindən hərbi məqsədlər üçün istifadə edib, buradan raket zərbələri həyata keçirib, İrana hərbi yüklər daşıyıb, İran isə Rusiyaya Ukrayna müharibəsində istifadə etdiyi dronları dəniz vasitəsilə göndərib”.
Şəbnəm












