18 yaşlı oğlan süni göldə boğularaq ölüb

  • Müəllif: Firuzə
  • 19 Avqust 2025 13:07

Lənkəranda 18 yaşlı oğlan süni göldə boğularaq ölüb.

Gununsesi.info-nun cənub bürosunun verdiyi xəbərə görə, hadisə səhər saatlarında rayonun Tükəvilə kəndi ərazisində baş verib.

Kənd sakini 2007-ci il təvəllüdlü Tohid Ələsgərov sahəni suvarmaq üçün süni gölün ətrafında gəzərkən, ehtiyatsızlıqdan ayağı sürüşərək gölə düşüb. O, boğularaq ölüb. Meyit sudan çıxarılıb.
Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info