24 saat ərzində Zəngəzur dəhlizi ilə bağlı sənəd imzalanacaq

ABŞ dövlət katibi Marko Rubio və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan “Tramp marşrutu” (Zəngəzur dəhlizi-red) ilə bağlı birgə bəyanat imzalayacaq.

Gununsesi.info xəbər verir ki, bu barədə Ermənistan XİN-in sözçüsü Ani Badalyan bildirib.

Onun sözlərinə görə, Mirzoyan 13-14 yanvar tarixlərində ABŞ-da işgüzar səfərdə olacaq.

“Səfər çərçivəsində ABŞ dövlət katibi Marko Rubio ilə görüş planlaşdırılır. TRİPP (Zəngəzur dəhlizi) layihəsinin həyata keçirilməsi ilə bağlı Birgə Bəyanatın qəbul edilməsi planlaşdırılır”, – o qeyd edib.

 

 

Gununsesi.info