Bakının tıxacı parlamentdə müzakirə olundu 2022-ci il Bakı şəhərinin xilas ili olmalıdır

  • By admin
  • 31 Dekabr 2021 02:23

Milli Məclisin deputatı Fazil Mustafa parlamentin sonuncu iclasında həmkarlarının diqqətini Bakıdakı tıxaca çəkib.

Deputatın sözlərinə görə, Bakıda hər gün 1 milyona yaxın insan, o cümlədən deputatlar 2-3 saat tıxacda qalırlar:

“Bu, doğru idarəetməmənin olmamasından qaynaqlanır. Aidiyyatı qurumlar bu məsələnin gələn il həlli ilə bağlı ictimaiyyətə söz verməlidir. Bu gün Bakıda parklanma sistemi həll olunmayıb. Bir məmurun iş saatı 9-da başlayırsa, o saat 7-dən evdən çıxır. Biz 2022-ci ili Bakı şəhərinin xilas ili kimi qiymətləndirməliyik. Bu problemin həlli ilə bağlı yol xəritəsi təqdim olunmalıdır”.