Avropada yaşayan jurnalist Cavanşir Həsənli sabiq nəqliyyat naziri Ziya Məmmədovun ailəsinə məxsus yeni biznesin izinə düşüb.
Gununsesi.info bildirir ki, jurnalist Anar Məmmədovun Britaniyada 22 restorandan ibarət şəbəkəsi olduğunu yazıb.
Keçmiş nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Virciniya adalarındakı tək bir şirkətdə 41 milyon funt sterlinqə (85 milyon manat) sahibdir.Sənədlərdə qeyd olunur ki, son nəzarət edən tərəf Anar Məmmədovdur.
Onun şirkəti Britaniyanın şimal-qərbində 22 restorandan ibarət KFC franchise şəbəkəsinə sahibdir.
Gununsesi.info