
2016-cı ildə Dövlət Təhlükəsizlik Xidmətinin “reket jurnalistika”ya qarşı keçirdiyi əməliyyatda həbs olunan və Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 4 il azadlıqdan məhrum edilən “Gündəlik Bakı” adlı qəzetin sahibi Habil Vəliyev yenidən öz “sevimli” peşəsinə qayıdıb.
Habil Vəliyev həbs olunarkən, onun əməllərindən zərərçəkmiş onlarla şəxs məhkəmədə sensasion ifadələr verbi.
Bir epizod üzrə həbs olunan Habilin istintaqında 12 zərərçəkmiş ortaya çıxdı və hər biri məhkəmədə onu ifşa etdi.
Bunlar icra başçısı, təhsil , maliyyə müdirləri, otel rəhbərləri, restoran sahibləri və sair şəxslər idi.
Habil Vəliyevin son fəaliyyəti ilə bağlı araşdırmamızda onun saytlarının yeni Media Qanununa uyğun olaraq reyestrdən keçmədiyi də bəlli olub.
Həmçinin, Habil Vəliyev şantaj etdiyi şəxsləri qarşısında ram etmək üçün əlavə 4-5 sayt da qurub.
Bir saytında yazdığı materialları digərlərində də paylaşmaqla “ovu” haqqında mediada “kütləvi kampaniya” fikri formalaşdırır.
Onun qurduğu saytların ilk səhifəsinə baxmaq kifayətdir ki, reket olduğunu açıq söyləyəsən.
Xatırladaq ki, hələ həbsindən 2 ay əvvəl onun həbs olunacağına dair özəl xəbəri Gununsesi.info yaymışdı.
Elmar Elnuroğlu
Gununsesi.info