“Bakı Kart”ın rəhbəri dəyişib

  • Müəllif: Firuzə
  • 17 Sentyabr 2025 14:13

Bakıda ictimai nəqliyyatda istifadə olunan “Bakı Kart”ın operatoru – “K Group” MMC-nin direktoru Məmməd Allahverdiyev işdən çıxıb.

Gununsesi.info xəbər verir ki, şirkətə rəhbərlik Rüfət Babakişiyevə həvalə olunub.

Xatırladaq ki, “K Group” 2014-cü ildə yaradılıb. Şirkətin nizamnamə kapitalı 12,5 milyon manatdır.