“Fənərbağça” UEFA Avropa Liqasında Almaniya klubuna qalib gəlib

  • Müəllif: Admin08
  • 23 Oktyabr 2025 22:59

Türkiyənin “Fənərbağça” klubu UEFA Avropa Liqasının əsas mərhələsinin III turunda qələbə qazanıb.

Gununsesi.info xəbər verir ki, İstanbul təmsilçisi “Şükrü Saracoğlu” stadionunda Almaniyanın “Ştutqart” kollektivini 1:0 hesabı ilə məğlub edib.

34-cü dəqiqədə Kərəm Aktürkoğlu penalti zərbəsini dəqiq yerinə yetirib.

Qeyd edək ki, bu, “Fənərbağça”nın cari mövsüm Liqa mərhələsindəki ikinci qələbəsidir.

Gununsesi.info