Mərkəzi Bank 22 maşınını satışa çıxarır

  • Müəllif: Firuzə
  • 26 Noyabr 2025 13:18

Mərkəzi Bankın balansında olan nəqliyyat vasitələri dekabrın 25-də hərraca çıxarılacaq.

Gununsesi.info xəbər verir ki, hərracda müxtəlif markalı minik avtomobillərindən tutmuş xüsusi təyinatlı nəqliyyat vasitələrinə qədər ümumilikdə 22 avtomobil satışa təqdim ediləcək.

Satışa çıxarılan nəqliyyat vasitələri arasında “Mercedes Benz S 500”, “Lexus LX 570”, “BMW 740 LI”, “Hyundai Sonata”, “Honda Accord”, “Hyundai Equus”, “Toyota Camry”, “Kia Cerato”, “GMC Yukon Denali” və digər modellər yer alır. Avtomobillərin start hərrac qiymətləri 3800 manat-102681.7 manat aralığında dəyişir.

Mərkəzi Bankın balansından satışa çıxarılan nəqliyyat vasitələrindən bəzilərinin start qiymətləri daha yüksək maraq doğurur. Məsələn, 2016-cı il istehsalı olan “Lexus LX 570” 102 min 681.7 manat start qiyməti ilə təqdim olunur. 2013-cü il istehsalı “Mercedes Benz S 500” avtomobili üçün start qiyməti 35 min 368.5 manatdır. Bundan əlavə, 2013-cü il istehsalı “GMC Yukon Denali” 30 min manat start qiyməti ilə hərraca çıxarılır.

 

Gununsesi.info