Rusiya Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) sədrliyi öz üzərinə götürüb.
Gununsesi.info xəbər verir ki, bu barədə Qırğızıstan prezidenti Sadır Japarov Kollektiv Təhlükəsizlik Şurasının noyabrın 27-də keçirilən iclasında bildirib.
KTMT dövlət başçıları Şuranın növbəti iclasının 11 noyabr 2026-cı ildə Rusiyada keçirilməsinə qərar veriblər.
Ermənistan iclasda iştirak etməyib.












