Bakıda oğlan 8-ci mərtəbədən yıxılıb öldü

  • Müəllif: Firuzə
  • 10 Dekabr 2025 10:59

Bakıda kişi 8-ci mərtəbədən yıxılıb.

Gununsesi.info xəbər verir ki, dekabrın 9-u saat 11 radələrində 1996-cı il təvəllüdlü Anar Zahir oğlu Ağayev yaşadığı Yasamal rayonu X.Mustafayev küçəsi, ev 443 mənzil 37 ünvanında 16 mərtəbəli binanın 8-ci mərtəbəsindən yıxılaraq ölüb.

Araşdırmalar rayon prokurorluğu tərəfindən aparılır.

Gununsesi.info