Pirotexnika satan 26 nəfər saxlanıldı

  • Müəllif: Firuzə
  • 02 Yanvar 2026 14:54

Pirotexniki vasitələr satan daha 26 nəfər saxlanılıb.

Daxili İşlər Nazirliyindən Gununsesi.info-ya verilən xəbərə görə, polis əməkdaşları tərəfindən ölkə ərazisində pirotexniki vasitələrin satışını təşkil edən şəxslərə qarşı tədbirlər davam etdirilir.

Son iki gün ərzində paytaxt və bölgələrdə keçirilən tədbirlərlə pirotexniki vasitələrin satışı ilə məşğul olan daha 26 nəfər müəyyən olunaraq saxlanılıb.

Onlardan müxtəlif növ səs və işıq effekti yaradan pirotexniki vasitələr aşkarlanıb.

Pirotexniki vasitələrin satışının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.

Gununsesi.info