Bakıdan Əbu-Dabiyə birbaşa uçuşların sayı artırılır

  • Müəllif: Firuzə
  • 08 Yanvar 2026 14:13

Birləmiş Ərəb Əmirliklərinin (BƏƏ) “Etihad Airways” şirkəti Bakıdan Əbu-Dabiyə birbaşa uçuşlara başlayacaq.

Gununsesi.info xəbər verir ki, bu barədə Heydər Əliyev Beynəlxalq Aeroportundan bildirilib.

Məlumata görə, Bakı-Əbu-Dabi aviareyslərinin yerinə yetirilməsinə iyunun 15-dən start veriləcək.

Qeyd edək ki, bundan əvvəl “Etihad Airways” iki ölkənin paytaxtları arasında birbaşa uçuşlara martın 2-dən başlanılacağını bəyan etmişdi.

Hazırda BƏƏ-nin “Air Arabia Abu Dhabi” şirkəti də Bakıdan Əbu-Dabiyə və əks istiqamətdə birbaşa uçuşlar həyata keçirir. Aviarsyeslər gündəlikdir.

Gununsesi.info