İranda saxlanılan etirazçıların sayı açıqlandı

  • Müəllif: Firuzə
  • 13 Yanvar 2026 22:52

İranda hüquq-mühafizə orqanları ölkə boyu 297 etirazçını saxlayıb.

Gununsesi.info  xəbər verir ki, bu haqda “IRIB” məlumat yayıb.

“Dini, dövlət və ictimai qurumların dağıdılmasında iştirak edən, həmçinin təhlükəsizlik əməkdaşlarına qarşı terror aktları törətmiş 297 üsyançı saxlanılıb”, – agentlik bildirib.

Xatırladaq ki, İranda dekabrın 28-də milli valyutanın dəyərdən düşməsi ilə başlayan etirazlar hələ də davam edir.

Gununsesi.info