Kiyevin sol sahilində elektrik kəsintiləri baş verib.
Gununsesi.info xəbər verir ki, bu barədə Ukraynanın “Obşçestvennoye” nəşri məlumat verib.
Nəşr bunun səbəbini göstərmir, həmçinin elektrik təchizatının bərpası üçün vaxt çərçivəsi də göstərmir.
Qeyd edək ki, fevralın 2-də Ukrayna Prezidenti Volodimir Zelenski Kiyevdə 200-dən çox binanın hələ də istiliksiz qaldığını açıqlayıb.
Elektrik kəsintisinə qəza səbəb olub. Dövlət başçısının sözlərinə görə, təmir işlərinə ölkənin bir çox bölgəsindən briqadalar cəlb olunub.
Çətin vəziyyətlə əlaqədar olaraq, Zelenski Ukrayna Daxili İşlər Nazirliyinə və yerli administrasiyalara bütün dəstək və isitmə mərkəzlərinin fəaliyyətini yoxlamağı tapşırdı. Regional qubernatorlara bütün baza rabitə stansiyalarını yoxlamaq tapşırıldı. Daxili İşlər Nazirliyi bildirib ki, bu stansiyaların onda biri elektrik kəsintiləri səbəbindən işləmir və avadanlıqların sıradan çıxması, xüsusən də kənd yerlərində tez-tez baş verir.
Bundan əlavə, dövlət başçısı “Ukrenergo” şirkətinə Odessa bölgəsində elektrik kəsintiləri qrafikini tənzimləməyi tapşırdı. Evlərin elektriklə isitmə sistemi ilə təmin olunması üçün mütəxəssislər bu dəyişiklikləri etməlidirlər.
Bundan əvvəl Kiyev sakinləri elektrik kəsintiləri səbəbindən magistral yolu bağlamışdılar.
Maqsud












