Ermənistan İranla strateji tərəfdaş olmaq istəyir

Ermənistanın Baş naziri Paşinyanın 2026-cı ildə Tehrana qarşıdan gələn səfəri zamanı hərtərəfli strateji əməkdaşlıq sənədinin imzalanması planlaşdırılır.

Gununsesi.info xəbər verir ki, bu barədə İranın İrəvandakı səfiri Xəlil Şirqolami məlumat verib.

O, tərəflərin tərəfdaşlığı institusionallaşdırmaq və yol xəritəsinə əsasən əməkdaşlığı genişləndirmək niyyətində olduqlarını bildirib.

Diplomat, həmçinin, Cənubi Qafqazda sabitliyin təməli kimi regional kommunikasiyaların açılmasının və tranzit potensialının inkişaf etdirilməsinin vacibliyini qeyd edib.

 

Gununsesi.info