38 yaşlı kişi bıçaqla özünə xəsarət yetirdi

  • Müəllif: Firuzə
  • 19 Fevral 2026 22:40

Gəncədə kişi özünə bıçaqla xəsarət yetirib.

Gununsesi.info xəbər verir ki, Gəncə şəhər sakini 1988-ci il təvəllüdlü Elnur Katibli kəsilmiş-deşilmiş xəsarətlərlə xəstəxanaya çatdırılıb.

38 yaşlı kişiyə dərhal tibbi yardım göstərilib, hazırda vəziyyətinin kafi olduğu bildirilir.

Faktla bağlı araşdırma aparıb.

Gununsesi.info