Bu səlahiyyət Mədəniyyət Nazirliyindən alındı

  • Müəllif: Firuzə
  • 06 Aprel 2026 14:57

Muzeylərin fəaliyyətinə nəzarət Mədəniyyət Nazirliyinin birbaşa tabeliyindən çıxarılaraq Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinə verilir.

Gununsesi.info bildirir ki, APA-nın əldə etdiyi məlumata görə, hazırda bununla bağlı Dövlət Xidmətində müvafiq işlər görülür.

Yaxın günlərdə muzeylərin adıçəkilən xidmətin tabeliyinə verilməsi nəzərdə tutulur.

Gununsesi.info